Türkiyə tarixinin ən böyük kiber hücumu ilə üzə-üzə - Banklar dayandı
25-12-2015, 21:46
Türkiyə son 10 gün ərzində ölkə tarixinin ən böyük kiber hücumlarına məruz qalıb.
Avropa.info xəbər verir ki, bank saytları, bankomatlar, ödəmə terminalları problemlə üzləşib.
Türkiyənin .tr domeni ilə qeydiyyatda olan bütün dövlət saytlarına qarşı davam edən kiber hücumların sırasına bu gün bank və notariusların da saytları əlavə olunub.
Türtk Telekomun nümayəndəsi Onur Öz deyib ki, hücumlar çox ciddi səviyyədə təşkil olunur. Əsas hədəf Türk Telekom yox, dövlət və bank saytlarıdır.
Reutersin məlumatına görə, 300 mindən çox saytın qeydiyyatdan keçdiyi ODTÜ hücumun arxasında Rusiyanın ola biləcəyini ehtimal edir.
Dünən kiber hücumlar o qədər güclü olub ki, Türkiyədə bank əməliyyatlarını həyata keçirmək mümkün olmayıb.