Rusiya Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Azez şəhərini bombalayıb.
Axar.az xəbər verir ki, bombardman zamanı xəstəxana, məscid və mülki obyektlər vurulub. Nəticədə 25 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Bombardman zamanı yaralananlar Türkiyəyə gətirilib.
Rusiyanın hücumundan sonra Türkiyə ordusu Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.