Türkiyə Krım tatarlarına hərbi yardıma başladı

26-12-2015, 12:56           
Türkiyə Krım tatarlarına hərbi yardıma başladı
Türkiyə Müdafiə Nazirliyi Ukraynanın yaradacağı yeni könüllü batalyonlara hərbi yardım etməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında məşhur biznesmen Lenur İslamov söyləyib. Onun sözlərinə görə, Noman Çələbicixan adlanacaq batalyonun tərkibinə Krım tatarlarının nümayəndələri daxil ediləcək:

“Bu batalyonlara maliyyə əsasən könüllülərdən daxil olur. Ankara bu batalyonların sadəcə təchizatını həyata keçirir. Yaxın günlərdə batalyonlar üçün paltar və ayaqqabılar göndəriləcək. Yeni hərbi bölmənin tərkibinə 560 adam daxil olacaq”.

Qeyd edək ki, Lenur İslamov Krımın blokadasının əsas təşkilatçılarından biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru