Keçmiş PKK lideri terror təşkilatını sərt tənqid etdi

26-12-2015, 13:42           
Keçmiş PKK lideri terror təşkilatını sərt tənqid etdi
Mətin Oqtay 1990-cı illərdə PKK-nın Diyarbəkir üzrə nümayəndəsi olduğunu iddia edib.

Axar.az xəbər verir ki, M. Oqtay bunu türk mətbuatına açıqlamasında deyib.

O bildirib ki, PKK idarəçiliyindən öldürülməsi haqda əmrlə kənarlaşdırılıb:

“Son 15 ildə kürd xalqına qarşı yürüdülən siyasətdə yumşalma hiss olunub. 1990-cu illərdə dövlət tərəfindən cinayətkarı bilinməyən qətllər və mühakiməsiz edamlar dövlət tərəfindən həyata keçirilirdi. Bu gün isə belə cinayətlər PKK tərəfindən həyata keçirilir.

Səlahəddin Dəmirdaş, Pərvin Buldanın uşaqları xüsusi məktəblərdə Avropada oxuyarkən, Diyarbəkirdə ibtidai məktəbi yandıraraq mənim uşağımın təhsil almasına mane olmağa çalışırlar. Belə müdaxiləni də Dəmirdaş xəndək siyasəti olaraq müdafiə edir. Biz bunu qəbul etmirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru