Türkiyənin Krım tatarlarına yardımına Rusiyadan reaksiya - "Türkiyə bizi satdı"

26-12-2015, 20:43           
Türkiyənin Krım tatarlarına yardımına Rusiyadan reaksiya - "Türkiyə bizi satdı"
“Türkiyə hakimiyyəti nüfuzunu daha da itirə bilər, əgər məlum olsa ki, rəsmi Ankara ukraynalı diversantlara kömək edir”

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Dumanın təhlükəsizlik komitəsinin sədri İrina Yarovaya çıxış edib.

“Əgər Türkiyə Müdafiə Nazirliyi Ukraynanın millətçi-diversantlarına kömək etməyə qərar veribsə, o zaman onlar vasitəçi və satqındırlar” - deyə rusiyalı deputat bildirib.

İrina Yarovaya qeyd edib ki, Avropa “əlaltılar”ına kömək etməklə özü üçün təhlükə yaradır.

Xatırladaq ki, daha əvvəl Krım yarımadasının blokadaya alınması tərəfdarlarından biri olan tatar lider Lenur İslamov bildirmişdi ki, Türkiyə Ukraynada yaradılacaq könüllü tatar batalyonuna hərbi yardım göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru