NATO Türkiyədə radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək

27-12-2015, 11:30           

NATO Suriyadakı vəziyyət fonunda Türkiyənin havadan müdafiə sisteminin möhkəmləndirilməsi çərçivəsində Türkiyədə “Boeing E-3 Sentry” tipli uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi yerləşdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Bild am Sonntag” nəşri məlumat yayıb.

Təyyarələrin yerləşdirilməsini Almaniya Silahlı Qüvvələri (Bundesfer) həyata keçirəcək. Məlumata görə, Almaniyanın XİN-i və Müdafiə Nazirliyi artıq gələcək əməliyyat barədə Bundestaqı yazılı şəkildə məlumatlandırıb.

“Qaylenkirhen bazasındakı “Boeing E-3 Sentry” tipli təyyarələrin Türkiyənin Konya aerodromuna göndərilməsi planlaşdırılıb”, deyə məktubda bildirilir.

Almaniya hökumətindən bildirilib ki, qeyd olunan əməliyyatın keçirilməsi üçün Bundestaqın mandatı tələb olunmur. Məktubda həmçinin hazırkı mərhələdə silahdan istifadə edilməyəcəyi qeyd olunub. Almaniya Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək əməliyyatlara Bundesfer hərbçilərinin də cəlb ediləcəyini bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru