Ərdoğan Putinin təklifindən niyə imtina edib?
27-12-2015, 19:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın terrorla mübarizə təklifini rədd etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Ərəbiyyə” telekanalına müsahibə verən Ərdoğan Bağdadda qurulan və İran, Rusiya, İraq və Suriyadan ibarət koordinasiya mərkəzində Türkiyənin də olması üçün təklif verildiyini bildirib:
“Suriya, İran, İraq və Rusiya Bağdadda dördlü bir ittifaq qurdular və Türkiyənin də qatılmasını istədilər. Amma mən Putinə Əsədlə eyni ittifaqda ola bilməyəcəyimi bildirdim”.
Mosul yaxınlarındakı Başika düşərgəsi ətrafında yaranan siyasi qalmaqala münasibət bildirən Ərdoğan həbçilərin İraqın yardım tələbindən sonra göndərildiyini deyib:
“İraq Müdafiə naziri bu düşərgəni ziyarət edib. Amma görünən odur ki, Suriyada baş verən hadisələr İraqa da təsir edir. İŞİD İraqa girəndə iraqlılar bizdən kömək istədi. Biz də hazır olduğumuzu söylədik və onlardan hərbi baza qurmaq üçün uyğun bir yer tələb etdik. Onlar da verdi. Bütün bunlar ötən ilin sonunda baş verib və mart ayında biz bazanı yaratdıq”