Mevlüt Çavuşoğlu: “Türkiyə və Rusiya əlaqələri köhnə günlərinə geri dönəcək”
28-12-2015, 02:11
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyə və Rusiya arasındakı gərginliklə əlaqədar çıxış edərək yaxın zamanlarda münasibətlərin əvvəlki qaydasına düşəcəyini bildirib: “Bu prosesin aşılması üçün çox çalışdıq. Türkiyə və Rusiya əlaqələri köhnə günlərinə geri dönəcək".
Həftə sonunu Antalyada keçirən xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rus İncəsənət və Mədəniyyət Dərnəyini ziyarət edərək bu şəhərdə yaşayan rusların Yeni ilini təbrik edib.
Dərnək üzvləri ilə söhbət edən nazir Çavuşoğlu, rus təyyarəsinin vurulmasından sonra bu hadisədən kədər hissi keçirdiklərini dəfələrlə dilə gətirdiklərini vurğulayıb: “ Bu prosesdən xalqlar qətiyyən təsirlənməməlidir. Təəssüf ki, Rusiyada yaşayan bəzi türk vətəndaşlarına qarşı arzuolunmayan addımlar atıldı. Bundan sonra rusiyalı həmkarım Sergey Lavrovla danışdım,o da bu hərəkətin səhv olduğunu və tədbir görəcəklərini bildirdi. Eyni şəkildə Türkiyədə Rusiya vətəndaşlarının səyahət və təhsil hüququna mane törədilməməlidir. Ümid edirəm ki, rus dostlarımız atdıqları bu addımları yenidən nəzərdən keçirirlər. Sizlər də bilirsiniz, Türkiyə olaraq Rusiyaya qarşı hər hansı mənfi bir addım atmamışıq. Burada dost olaraq danışırıq. Bunun səbəblərini səmimi bir şəkildə paylaşdıq. Bizim Rusiyadan çəkindiyimiz və ya günahkarlıq psixologiya içində olduğumuz üçün bu addımları atmadığımızı düşünməsinlər. Əksinə, Rusiyaya önəm veririk. Rusiya bizim üçün çox əhəmiyyətli bir tərəfdaşdır. O səbəbdən səbrlə gözləyirik".
Ticarət baxımdan Rusiyanın Türkiyə üçün çox önəmli bir tərəfdaş olduğunu vurğulayan Çavuşoğlu, türk və rus xalqlarının qardaş və dost olduğunu bildirib: “Xalqların arasındakı bu bağı qoparmağa heç kimin gücü çatmaz. Nə siyasətçinin gücü çata bilər, nə də başqasının. Bir az da səbr edəcəyik və hər şey gözəl olacaq. Bu prosesin aşılması üçün çox çalışdıq, çalışırıq. Heç narahat olmayın. Bir gün yenə Türkiyə və Rusiya əlaqələri köhnə günlərinə geri dönəcək. Sizləri sevirik, hər mövzuda sizlərin yanındayıq".