Ərdoğan: "İraq ərazisinə təlim məqsədi ilə 650-700 türk hərbçisi göndərilib"
28-12-2015, 02:12
"İŞİD terrorçuları İraq ərasinin 30 faizinə nəzarət edir, ancaq rəsmi Bağdad bu qruplaşmaya qarşı heç bir ciddi addım atmır".
"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
O, bildirib ki, İraq ərazisində yerli birliklərə təlim məqsədi ilə 650-700 türk hərbçisi göndərilib. "Türkiyə hər gün İraq ərazisindən qaynaqlanan ciddi təhlükələrlə qarşı qarşıyadır və bu problemlər sırf İŞİD-lə əlaqədar deyil. Nə İran nə də Rusiya belə çətinliklərlə üz-üzə deyil", - deyə dövlət başçısı vurğulayıb.