Türkiyə Krım-tatar batalyonuna hərbi yardım iddiasını yalanladı - Rəsmi

29-12-2015, 17:22           
Türkiyə Krım-tatar batalyonuna hərbi yardım iddiasını yalanladı - Rəsmi
Türkiyə xarici işlər nazirinin mətbuat katibi Tanju Bilgiç ölkəsinin Noman Çələbicihan adına yaradılan Krım-tatar batalyonuna hərbi dəstək verməsi ilə bağlı iddiaların həqiqətdən uzaq olduğunu bildirib.

Avropa.info xəbər verir ki, Tanju Bilgiç ona ünvanlanan sorğuya verdiyi yazılı cavabda Ukraynanın Xerson vilayətində yaradılan Krım tatarlarının könüllü batalyonuna hərbi dəstək verilməsi ilə bağlı münasibət bildirib:

“Bu əsassız iddialara istinadən rus tərəfinin “Rusiya bir daha kürəyindən vuruldu” tərzində verdiyi bəyanatlar son vaxtlar ölkəmizə qarşı aparılan “qara piar”ın davamıdır. Türkiyə Krımın qanunsuz ilhaqını tanımayıb, tanımayacaqdır. Krım tatarlarının hüquq və azadlıqlarının müdafiəsi istiqamətində apardığı səylərini isə qətiyyətlə davam etdirəcək”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru