Lavrov Türkiyəni həyasızcasına ittiham etdi

30-12-2015, 23:12           

"ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyadakı əməliyyatları Türkiyəyə həyasızcasına İraqa qoşun yeritməyə imkan verir". Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, beynəlxalq koalisiya Suriya ilə müqayisədə İraqa fərqli münasibət sərgiləyir: "Bu, İraqdır, biz İraqı sevirik və onları tərbiyələndirməyə çalışırıq. Bu isə Suriyadır - bu diktatordur, onun sayılı günləri qalıb, biz bombardman edəcəyik. Heç kimdən soruşmayacağıq. Təxminən türklər bu gün belə deyir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada terrorçuların gizləndiyi yeri, haraları bombardman etmək lazım olduğunu bildiyini deyir. Əgər bu olmasaydı, Türkiyə həyasızcasına İraqa qoşun yeritməzdi". Lavrov əlavə edib ki, amerikalıların özünü müstəsna xalq elan etməsi terrorçuluqla mübarizəyə maneçilik törədir: "Amerikalılara elə gəlir ki, onlar hər kəsi inandıra bilər. Yaradılmış koalisiya onların konsepsiyasıdır. NATO bu məsələni BMT Təhlükəsizlik Şurasına aparmaq istəyirdi ki, məsələni insani baxımdan həll etsin. Ancaq ABŞ düşünür ki, yox - Əsəd legitim deyil, hansısa razılaşmadan söhbət gedə bilməz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru