Əlverişsiz hava şəraiti İstanbul-Bakı aviareyslərini yubadır

31-12-2015, 11:41           

Türkiyədə güclü qar yağması səbəbindən Bakı və İstanbul arasında iki aviareysin həyata keçirilməsi 2 saat gecikir. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, İstanbuldan Bakıya aviareyslər 2 saat yubanır ki, bu da Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Qeyd edək ki, aviareyslər Sabiha Gökçen adına İstanbul Beynəlxalq hava limanında və İstanbulun Atatürk hava limanında həyata keçirilir.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar İstanbul məktəblərində tətil elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru