Moskva kartını açdı: “Türkiyədəki kürdlər...”

31-12-2015, 15:48           

Moskva Türkiyənin cənub-şərqindəki vəziyyətdən narahatdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Rusiya Ankaranı kürd problemini siyasi metodlarla həll etməyə çağırıb.

Moskva həmçinin Türkiyənin PKK ilə 2015-ci ilin iyulunda pozulmuş sülh danışıqlarının yenidən bərpasını istəyib:

“Kürd problemi yalnız siyasi metodlarla həll edilməlidir. Daxili konfliktlərdə güc metodundan istifadə yalnız yeni qurbanlara və situasiyanın bilinməyən nəticələrə səbəb olmasına şərait yaradır”.

Qeyd edək ki, son günlər PKK Türkiyənin cənub-şərqində aktivləşib. Rəsmi Ankara yerli əhali arasında itkilərin qarşısını almaq üçün bir sıra şəhərlərdə komendant saatı tətbiq edib. Bəzi kürd təşkilatları isə Türkiyədən rəsmən muxtariyyət tələb etməyə başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru