"Biz məzhəb savaşında olmaq istəmirik” - Ərdoğandan İrana mesaj

3-01-2016, 12:29           
"Biz məzhəb savaşında olmaq istəmirik” - Ərdoğandan İrana mesaj
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yaxın Şərqdə məzhəb ayrı-seçkiliyi yaratdığını açıqlayıb.

Ərdoğan nüvə problem zamanı Tehranı müdafiə etdiklərini xatırladaraq, indi bunun qarşılığını görmədiklərini etiraf edib:

“Nüvə enerjisi məsələsində dünyada yalnız qaldıqları zaman Türkiyə olaraq nələr etdiyimizi hər kəs bilir. Braziliya ilə bərabər bu layihəyə sahibləndilər. Mahmud Əhmədinejada da demişdim. O dövrdə İranın yanında yer alaraq təkliyini aradan qaldırdıq. Daha sonra nə oldu? Nüvə problemi ilə bağlı Qərb ilə danışıqlara getdilər, müəyyən bir nöqtəyə gəldilər. Hal-hazırda İranın İraqda, Suriyada, Yəməndə məzhəbçi yanaşmasını doğru qəbul etmirik. İranlılara həmişə demişəm: Nə sünni, nə də şiə. İslam və İslam. Hadisəyə belə baxmaq lazımdır. Biz məzhəb savaşında olmaq istəmirik”.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru