“Türklük - dinlərüstü kimlikdir” - Erkin Qədirli

4-01-2016, 20:41           
“Türklük - dinlərüstü kimlikdir” - Erkin Qədirli
“Səudiyyə Ərəbistanında 47 nəfərin başı vurularaq edam olunması xəbəri məndə bu sözləri yazmaq istəyini oyatdı. Biz, Türklər, hər cür dində olduq, dəfələrlə din dəyişdik - Şamanlıq, Tanrılıq, Buddizm, Maniheizm, Zərdüştlük, Yahudilik, Xristianlıq, Nestorianlıq, İslam və onların çeşidli təriqətləri”. Modern.az saytı xəbər verir ki, bunu tanınmış hüquqşünas Erkin Qədirli öz feysbuk səhifəsində yazıb.

E.Qədirlinin qənaətinə görə, inandığımız heç bir din bizim kimliyimizi dəyişdirə bilmədi, çünki biz tarixdə dinlərə instrumental yanaşmışıq - idarəetməni asanlaşdıran hansı din daha yararlı olubsa, onu seçmişik: “Tariximiz bizə bunu deyir: Türklük - dinlərüstü kimlikdir. Bizdə olan bütün dinlərə dözümlü yanaşmanın kökündə yatan budur. Bunu unutmasaq, bunu yaşada bilsək, heç bir dini ekstremizm ölkəmizə ciddi təhlükə yarada bilməyəcək. Yerləşdiyimiz geniş bölgədə gedən proseslərə ən doğru və təsirli cavabımız vətəndaş millətçiliyi olmalıdır. Bunun üçün də dövlətimizin müstəqilliyini onun dünyəviliyində görməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru