Qırğız milli yeməyini "təhqir edən" britaniyalı saxlandı

4-01-2016, 20:43           
Qırğız milli yeməyini "təhqir edən" britaniyalı saxlandı
Modern.az saytı "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Qırğızıstanda xaricilərə məxsus qızıl mədənində işləyən britaniyalı kişi yerli delikatesi atın cinsiyyət orqanına oxşatdığına görə ifadə vermək üçün saxlanılıb.

Qırğızıstanın Daxili İşlər Nazirliyi yanvarın 3-də "Centerra Gold" adlı Kanada şirkətinin işçisi olan britaniyalı Michael Mcfeatin Karakol şəhərində ifadə vermək üçün saxlanıldığını təsdiq edib. Mcfeatin saxlanmasına səbəb kimi onun Facebook-da paylaşdığı bir şərh göstərilib.

Qırğız rəsmiləri deyiblər ki, Mcfeatin şərhi onun çalışdığı "Centerra Gold" şirkətinin korporativ Yeni il şənliyində çəkilmiş şəkillərin altında olub.

Bildirilir ki, Mcfeat qırğız həmkarlarının milli yemək olan çukçuk, "xüsusi delikates, at penisi" üçün növbədə durduğunu yazıb.

Çukçuk at əti və bağırsaqlarından hazırlanan kolbasa növüdür.

Bu şərh yanvarın 2-də Kumtor mədənində qırğız işçilərin tətilinə səbəb olub.

Kumtor mədəninin Qırğızıstan hökuməti ilə adı çəkilən Kanada şirkəti arasında mübahisə mövzusu olduğu bildirilir.

Kumtor mədəni Qırğızıstanın ümumdaxili məhsulunun (ÜDM) 12%-ni, ixracatdan gələn gəlirlərinin 40%-ni verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.