Türkiyənin Tunceli vilayətinin mərkəzi olan Pülümür rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Cebhe.info xəbər verir ki, Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin məlumatına görə, yeraltı təkan bu gün yerli vaxtla saat 06:21-də qeydə alınıb.
Budəfəki zəlzələ 12 kilometr dərinlikdə baş verib.
Əhali zəlzələni təşvişlə qarşılayaraq küçələrə axışıb.
Hələlik dağıntı və tələfat barədə rəsmi məlumat yoxdur.