PKK-çı Demirtaşın deputat toxnulmazlığı aradan qaldırılır

5-01-2016, 12:18           
PKK-çı Demirtaşın deputat toxnulmazlığı aradan qaldırılır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK-nın siyasi qolu HDP liderləri Səlahəddin Demirtaş və HDP-dən olan bəzi deputatları nəzərdə tutaraq “toxunulmazlıqlarının qaldırılması ilə başlayacaq istintaq prosesi terrorla mübarizə baxımından ölkəmizə müsbət təsir göstərəcəkdir” sözlərinə reaksiyalar verilib.
Avropa.info xəbər verir ki, Millətçi Hərəkat Partiyası Ərdoğanın bu sözlərinə dəstək verib.MHP-dən olan millət vəkili Oktay Vural bu məsələdə AKP-nı dəstəkləyəcəklərini deyib. “HDP-lilərə toxunulmalıdır.” CHP isə bu məsələdə AKP-ni dəstəkləməyəcəklərini deyib. CHP-dən olan millət vəkili Özgür Özel HDP-çi deputatların toxnulmamazlıqlarının ləğvi məsələsində Ərdoğan kimi düşünmədiklərini deyib.
Qeyd edək ki, Türkiyə parlamentinin 139 deputatı səs verəcəyi halda HDP-çilərin toxnulmamazlığı aradan qaldırılacaq. AKP-nin deputat sayı isə təkbaşına bu məsələni həll etməyə yetərlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru