Onun sürücüsü 5 milyon uddu - FOTO+VİDEO

5-01-2016, 12:52           
Onun sürücüsü 5 milyon uddu - FOTO+VİDEO
Əvvəl biletlər bütün əməkdaşlara verilməyib
Türkiyənin məşhur serialı “Möhtəşəm yüz il: Kösəm Sultan”-da baş verən hadisə ölkənin gündəminə çevrilib. Serialın rəhbərliyi yeni il hədiyyəsi olaraq heyət üzvlərinə "Milli piyanqo" lotoreya bileti verib. Əvvəl biletlər bütün əməkdaşlara verilməyib. Sonra ədalətsizlik olmasın deyə biletlər hətta sürücülərə də paylanılıb.


Lotoreyalardan biri qalib gəlib. 5 milyon türk lirəsi (2679 AZN) ilə mükafatlandırılan qalib Beren Saatın Selçuk adlı sürücüsü olaraq tanınır. O, aktrisanın şəxsi sürücüsü olmasa da, film çəkilişləri zamanı aktrisanı maşını ilə aparıb gətirir.

Beren Saat ötən ilin dekabr ayından serialda baş rolu canlandırır. O, Kösəm Sultanın gənclik dövrünü canlandırır. Beren Saat serialda gənc aktrisa Anastasiya Thsilmpounu əvəz edib. B.Saat dekabrın 24-də serialın 7-ci bölümündən heyətə daxil olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru