Müəlliminin internet hesabına girdi, üç illik qiymətlərini dəyişdirib məzun oldu

24-05-2020, 12:36           
Müəlliminin internet hesabına girdi, üç illik qiymətlərini dəyişdirib məzun oldu
Türkiyədə lisey tələbəsi müəlliminin internet şifrəsini ələ keçirərək qiymətlərini dəyişib.

“HaberGlobal” məlumat verir ki, Busə G. üç illik tədris mərhələsini bitirərək məzun olub. Hadisə ortaya çıxandan sonra səhlənkar müəllim Məhərrəm V. məhkəməyə verilib.

Müəllim ifadəsində bildirib ki, dərs zamanı internet olmadığından həmin şagirdin telefonu ilə sistemə girib və qiymətləndirmə aparıb. Bundan sonra Busə G. sistemə girərək öz qiymətləri üzərində düzəliş edib.

Prokurorluq müəllim Məhərrəm V.-yə qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə iddia qaldırıb. Onun barəsində iki ilə qədər həbs istənilib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru