Türkiyənin Afyonkarahisar şəhərində Osman adlı ruhi xəstə onu xəstəxanaya aparmağa gələn təcili yardım maşınını daşa basıb, polis əməkdaşlarına bellə hücum edib.
Hadisə Afyonkarahisarın Sahipata məhəlləsində baş verib. Məlumata görə ruhi xəstənin atdığı daşlar ambulansın şüşələrini sındırıb. Lakin polis əməkdaşları Osmanı tutaraq avtomobilə sala bilib.