Azərbaycanlı biznesmen Türkiyədə soyuldu - VİDEO

6-01-2016, 11:13           
Azərbaycanlı biznesmen Türkiyədə soyuldu - VİDEO
Türkiyədə azərbaycanlı iş adamına qarşı soyğunçuluq hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı biznesmen Bəxtiyar Muradova aid, içində “Qalatasaray” klubunun rəsmi satış mağazasının iki günlük qazancı, bir miqdar qızıl və xüsusi əşyalarının olduğu çanta, rəhbəri olduğu restoranda oğurlanıb.

Bəxtiyar Muradov əl çantası işlətdiyi kafedə, masalardan birinin üstündən naməlum şəkildə oğurlanıb. Çantanın içərisində 5273 manat pul, 10546 manat dəyərində qızıl zinət əşyaları olub.

"İş yerində axtardıq, personaldan soruşdum. Heç kim görmədiyini deyir. Çantanı gətirməmiş ola biləcəyimi düşündüm. Sonra kamera qeydlərinə baxdıq. Çantanın oğurlandığını o zaman anladım" - deyə biznesmen bildirir.

Bəxtiyar Muradov, çantada olan yaddaş kartında vəfat edən ailə üzvlərinin əhəmiyyətli fotoşəkilləri ilə "Qalatasaray" mağazasına məxsus məlumatların olduğunu qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.