“Bordo bereli”: “Xarici legionerlərlə döyüşürük” – ŞOK İDDİA

7-01-2016, 23:42           

Keçmiş “bordo bereli”, təhlükəsizlik və strategiya mütəxəssisi Mete Fayda Türkiyənin cənubi-şərqindəki vəziyyətlə bağlı şok iddia irəli sürüb.

Publika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Mete Fayda təhlükəsizlik güclərinin yalnız PKK ilə deyil, xaricdən gətirilən legionerlərlə də döyüşdüyünü bildirib.

Keçmiş “bordo bereli” xəndəklər və barrikadaların bir sistem şəklində qurulduğunu söyləyib. Onun sözlərinə görə, hər barrikadanın ətrafı və girişində ən azı 4-5 partlayıcı qurğu var. Barrikadalar və xəndəkləri yaxın məsafədən PKK terrorçuları mühafizə edir. Bir az geridə isə minaatanlar və snayperlərlə silahlanan terrorçular yerləşdirilib.

Fayda əməliyyatların gedişatında ələ keçirilən silahların Rusiya, Almaniya və ABŞ istehsalı olduğunu vurğulayıb. O, PKK-nın əlində M16 avtomat silahlarının (ABŞ istehsalı) sayının anormal şəkildə artdığını deyib.

Dünən isə Türkiyə mediası yazıb ki, əməliyyatı həyata keçirən komandirlərin məlumatına görə, Surdakı PKK-çılara 2 rus və 7 alman tərəfindən texniki və taktiki dəstək verilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.