"Nə işiniz vardı, Gürcüstanda, Ukraynada, kim sizi ora çağırmışdı?"

9-01-2016, 12:57           
"Nə işiniz vardı, Gürcüstanda, Ukraynada, kim sizi ora çağırmışdı?"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Rusiyanı Suriya torpaqlarına girdiyi üçün sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki,Ərdoğan Rusiyanı dezinformasiya ilə dünyanı aldatmaqda suçlayıb.

"Rusiyanın Suriyada törətdiklərinə nəzər yetirək. Rusiya nə deyir? Biz Suriya hökuməti çağırdığı üçün oradayıq deyir. Hazırda Suriyadakı hökumət qanuni bir hökumət deyil . Həm də siz hər çağırıldığınız yerə getmək məcburiyyətində deyilsiniz. Gürcüstana niyə girmisiniz zamanında? Kim çağırmışdı sizi Gürcüstana ? Nə işiniz vardı Gürcüstanda? Ukraynaya sizi kim çağırmışdı? Nə üçün girdiniz Ukraynaya? Adamdan bunu soruşarlar, elə deyilmi? Deyirlər ki, biz Suriyada İŞİD-ə qarşı mübarizə aparırıq. Xeyr, Rusiya Suriyada İŞİD-ə qarşı mübarizə aparmır. Tam əksinə, orada müxalifətə qarşı, türkmən soydaşlarımıza qarşı mübarizə aparır" deyə Ərdoğan bildirib.
[media=https://www.youtube.com/watch?v=1Q_MAmUXy1U]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru