Ətəkli PKK-lılar - PKK terrorçuları ətək geyinib qaçmaq istədilər FOTO

9-01-2016, 13:37           
Ətəkli PKK-lılar - PKK terrorçuları ətək geyinib qaçmaq istədilər FOTO
Türkiyənin Silopi rayonunda ətək geyinərək vətəndaşların arasına qarışıb qaçmağa çalışan 58 PKK terrorçusu polis tərəfindən həbs olunub.

Avropa.info xəbər verir ki, Türkiyədə PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı Silopi, Cizrə və Sur rayonlarında ümumilikdə 384 terrorçu zərərsizləşdirilib.

Ordunun baş qərargahından verilən məlumata görə Şırnak vilayətinin Silopi rayonunda 58 terrorçu ətək geyinərək qaçmaq istədikləri zaman ələ keçiblər.

Əməliyyatlar zamanı çoxlu sayda kustar üsulla hazırlanmış partlayıcı, 7 ov tüfəngi, 112 ov tüfənginin fişəngi, 2 qumbaraatan mərmisi, partlayıcı kimi hazırlanmış 4 qaz balonu, 3 əleyhqaz, 1 kompas, 1 durbin, çoxlu sayda sursat və təşkilata aid sənəd ələ keçirilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru