Yanvarın 10-da yerli vaxtla saat 19:40-da Türkiyənin Çiçəkdağı vilayətində 5,0 bal gücündə zəlzələ baş verib. Modern.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir ki, yeraltı təkanlar Ankarada da hiss olunub.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.