İstanbul teraktı ilə bağlı – Şok iddia

13-01-2016, 15:59           
İstanbul teraktı ilə bağlı – Şok iddia
İstanbulun Sultanəhməd meydanında baş verən terror hadisəsi ilə bağlı Milli İstihbarat Təşkilatı (MİT) iki dəfə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Hürriyət” qəzeti çıxış edib.

Qəzetin kəşfiyyat qaynaqlarından əldə etdiyi məlumata görə, MİT ötən il dekabrın 17-də və bu il yanvarın 4-də bütün təhlükəsizlik qurumlarına məlumat ötürüb.

Xəbərdarlıqda İŞİD-in Türkiyədə yaşayan qeyri-müsəlmanlara qarşı terror planı hazırladığı qeyd olunub.

“Xarici ölkə vətəndaşlarının sıx olduğu bölgələrdə, turizm obyektlərində və ya əlaqədar ölkələrin səfirlik və konsulluqlarında, Türkiyə daxilində NATO-ya məxsus ərazilərdə terrorçular silsilə terakt hazırlayır. Sərhəd bölgələrindən Türkiyəyə daxil olan terrorçular Avropaya da keçə bilər”, - xəbərdarlıqda qeyd olunub.

Məlumatda Suriyadan Türkiyəyə silsilə terakt törətmək üçün 9-u qadın olmaqla 19 nəfərin gəldiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru