"Rusiya bizim İŞİD-i vurmağımıza mane olmaq istəyir" - Davudoğlu sensasion kəşfiyyat məlumatını açıqladı

14-01-2016, 02:09           
"Rusiya bizim İŞİD-i vurmağımıza mane olmaq istəyir" - Davudoğlu sensasion kəşfiyyat məlumatını açıqladı
"Türkiyənin İŞİD-ə qarşı planlaşdırdığı hava əməliyyatları bir çox ölkələri qayğılandırıb. Onlar buna mane olmaq istəyirlər."

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edib. Davudoğlu Suriyada çirkli oyunların oynanıldığına diqqət çəkərək kəşfiyyat məlumatlarını bölüşüb.

"Rusiya İŞİD-ə qarşı mübarizə görüntüsü adı altında, oradakı dinc xalqı və müxalifəti cəzalandıraraq İŞİD-ə sahə açmağı düşünməsin. Bir kəşfiyyat məlumatı burada bölüşmək istəyirəm. Bu məlumat bütün əlaqələri üzə çıxarır. Bilirsiniz ki, son günlər Suriya sərhədinə yaxın bölgələrdə Suriya müxalifətinin İŞİD-ə qarşı əməliyyatları başladı, bəzi bəlgələr İŞİD-dən azad edildi. Bundan sonra, Əsəd rejimi Dəməşqə yaxın cənub bölgələrdəki İŞİD liderləri ilə razılıq əldə ediblər. Əsəd rejiminə məxsus avtobuslar İŞİD-çiləri Suriyanın şimal hissəsinə daşıyıb. Bu gün Suriyada çox çirkli iş birliklərinin şahidi oluruq."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru