Türkiyədə polis bölməsinə silahlı hücum olub, 5 nəfər ölüb, 36 nəfər yaralanıb- YENİLƏNİB

14-01-2016, 09:41           

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, zərərçəkənlərin sayı ilə bağlı rəsmi məlumat hələ ki, verilməyib.

***

04:28

Bakı-APA. Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən törədilən partlayış nəticəsində mülki vətəndaşlar daxil olmaqla, 13 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib.

Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.
Tanrım şəhidlərə rəhmət eləsin!















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.