Terrorçular türk əsgərlərini atəşə tutdu - Silahlı qarşıdurma

14-01-2016, 13:06           
Terrorçular türk əsgərlərini atəşə tutdu - Silahlı qarşıdurma
Türkiyənin Mardin vilayətində PKK terror təşkilatının üzvləri jandarmeriya bölməsini odlu silahlardan atəşə tutublar.

Avropa.info xəbər verir ki, PKK terrorçuları Mardinin Midyat rayonunda yerləşən bir jandarmeriya bölməsini əvvəlcə qumbaraatandan, daha sonra isə avtomat silahlardan atəşə tutublar.

Əldə olunan məlumata görə Botaş jandarmeriya bölməsi yerli vaxtla saat 23:15-də terrorçuların hücumuna məruz qalıb.

PKK terrorçularının hücumuna qarşılıq verən əsgərlərlə 20 dəqiqə ərzində atışma davam edib. Daha sonra terrorçular bölgədən uzaqlaşıblar.

Hüquq mühafizə orqanları qaçan terrorçuları həbs etmək məqsədilə əməliyyat başladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru