70 ölkə, 250 milyon dollar - Türkiyənin seriallardan qazancı bəlli oldu

16-01-2016, 13:33           

Türkiyə keçən il xarici dövlətlərə 250 milyon dollar dəyərində serial satıb.

Carçı.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “Bin bir gece", "Fatmagülün suçu ne", "Ezel", "Kara para aşk", "Sıla", "Yaprak dökümü", "Aşk-ı Memnu" kimi bir çox seriallar Türkiyəyə milyonlarla dollar qazandırıb.

Qeyd edək ki, Türkiyə türk respublikalarına serial ixracına 2001-ci ildə başlayıb. Sonradan Yaxın Şərqdən Latın Amerikası ölkələrinə qədər serial satıb.

2014-cü ildə Türkiyənin bu sahədən qazancı 200 milyon dollar, 2015-ci ildə 250 milyon dollar olub. Sektor təmsilçiləri 2016-cı ildə bu rəqəmin 300 milyon dollar olacağını proqnozlaşdırırlar.

Ssenari qıtlığı

Serial ixracatçısı “Calinos Holding”in baş direktoru Bəşir Tatlı mətbuata bildirib ki, Türkiyədə illik ortalama 70 serial istehsal edilir. Bunlardan 40-a yaxını reytinq qurbanı olaraq yayımdan çıxarılır. Yayımda qalmağı bacaranların da yalnız 10-15-i xaricdəki televiziya kanallarına satılır.

Serial istehsalındakı problemləri izah edən Tatlı bildirib ki, ssenari sarıdan çətinlik var. O bildirib ki, bir sıra seriallar xaricdəki seriallara bənzədilir: “Bu da ixraca mənfi təsir edəcək. “Sıla", "Yaprak dökümü", "Aşk-ı Memnu" kimi ailə dramlarını əks etdirən mövzulara təkrar qayıtmalıyıq”.

70 ölkə türk seriallarına baxır

Türk serialları Argentina, Boliviya, Çili, Kolumbiya, Uruqvay, Panama, Braziliya, Ekvador, Paraqvay, Peru, Meksika, ABŞ, Kosta Rika, Salvador, Qvatemala, Honduras, Nikaraqua, Dominikan Respublikası, Əfqanıstan, Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bosniya Herseqovina, Bruney Sultanlığı, Bolqarıstan, Əlcəzair, Çex Respublikası, Çin, İndoneziya, Estoniya, Mərakeş, Gürcüstan, Xorvatiya, İraq, İran, İsveç, İsveçrə, Yaponiya, Monteneqro, Qatar, Qazaxıstan, Cənubi Koreya, Kosova, Küveyt, Litva, Liviya, Latviya, Livan, Macarıstan, Makedoniya, Malayziya, Misir, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, Tailand, Tayvan, Tunis, Ukrayna, Omman, İordaniya, Vyetnam, Yəmən və Yunanıstana satılır.

İxrac edilən türk seriallarının adları

"Adını Feriha koydum”, “Annem”, “Arka sokaklar”, “Asi”, Aşk-ı Memnu”, “Azad”,” Benden baba olmaz”, “Berivan”, “Binbir gece”, “Bir bulut olsam”, “Bütün çocuklarım”, “Candan öte”, “Çemberimde gül Oya”, “Düğün şarkıcısı”, “Elveda derken”, “Fatmagülün suçu ne”, “Fırtına”, “Gece gündüz”, “Genco”,” Geniş zamanlar”, “Gümüş”, “Hanımın çiftliyi”, “Haziran gecesi”, “Ihlamurlar altında”, “İki aile”, “Kampüsistan”, “Kara para aşk”, “Kavak yelleri”,” Kaybolan yıllar”, “Keşanlı Ali destanı”, “Kınalı kar”, “Kod adı”,” Kurtlar vadisi”, “Kuzey Güney”, “Küçük kadınlar”, “Küçük sırlar”, “Menekşe ile Halil”, “Muhteşem yüzyıl”, “Öyle bir geçer zaman ki”, “Sağır oda”, “Sıla”, “Sonbahar”, “Türkan”, “Unutabilsem”, “Vazgeç gönlüm”, “Yaprak dökümü”, “Yılan hikayesi”, “Yol arkadaşım”, “Zoraki koca”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.