Türkiyə otellərindən həyəcanlı xəbərlər...

18-01-2016, 09:16           
Türkiyə otellərindən həyəcanlı xəbərlər...
Türkiyədə baş verən terror, Azərbaycandan bu ölkəyə səfər planlaşdıranları fikirlərindən daşındırmayıb.

ANS TV-nin məlumatına görə, Türkiyədə baş verən terror hadisəsindən sonra Almaniya höküməti vətəndaşlarının Türkiyəyə getməməyə çağırıb.

Almaniya turizm şirkətləri isə bu həftə sonuna qədər İstanbula olan turist səfərlərini ləğv edib və ya başqa vaxta dəyişdirib. Yalnız İstanbulda yox, ölkənin digər bölgələrində baş verən ardıcıl terror hadisələri yerlərdə otellərin bağlanmasına səbəb olub.

Təkcə tarixi yerlərdən olan Mardində 7 otel bağlanıb, 600-dən çox insan işsiz qalıb.

“2016-çi ildə turizm sahəsində bir hərəkətlilik müşahidə olunmur. Eyni zamanda bunun olacağını görməməklə yanışı hiss belə etmirik. Əsasən biz otellərin bağlanacağından çox narahatıq”, – deyə Turizm və Otelçilər dərnəyinin sədri Özgür Azad Güngör bildirib.

Azərbaycandan Türkiyəyə turlar təşkil edən şirkətlər isə hələ bu istiqamətdəki səfərlərdə problem olmadığını deyir. Azərbaycanlılar yenə Türkiyəyə getməyə maraq göstərir.

Mütəxəssislər deyir ki, mövcud hadisələrin turizimə təsiri qaçılmazdır. Amma Türkiyə hökuməti də buna yol verməmək üçün addımlar atacaq.

Turizm şirkətinin rəhbəri Ruslan Quliyev güman edir ki, təhlükəsizlik vacib bir məsələ oluduğu üçün nəqliyyat qovşaqlarının mühafizəsi ən mühüm məsələlərdən biridir.

Tükiyənin turizm sektoruna ilk zərbə Rusiya ilə gərginlikdən sonra dəymişdi. Bundan sonra rus turistlərin bu ölkəyə axını dayanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.