Türkiyə Qara dənizdə qaz yatağı kəşf edib

21-08-2020, 09:53           
Türkiyə Qara dənizdə qaz yatağı kəşf edib
Türkiyə Qara dənizdə 20 il ehtiyaclarını ödəyə biləcək təbii qaz yatağı kəşf edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, "Tuna 1" yatağının ehtiyatlar 800 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu, Türkiyənin təxminən 20 il qaz ehtiyacını ödəyəcək.

Qeyd edək ki, cari ilin iyulun sonundan etibarən "Fatih" qazma gəmisi Türkiyənin Qara dəniz sahillərindən şimalda yerləşən "Tuna 1" kəşfiyyat zonasında işləyir.

Qaz hasilatının başlanması 7-10 il çəkə bilər ki, bunun üçün təxminən 2-3 mlrd. ABŞ dolları həcmində investisiya lazım olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru