Türkiyənin tanınmış iş adamının ölüm səbəbi açıqlanıb

22-01-2016, 17:41           
Türkiyənin tanınmış iş adamının ölüm səbəbi açıqlanıb
Türkiyənin tanınmış iş adamı, "KOÇ" Holdinq şirkəti İdarə Heyətinin sədri Mustafa Koçun ölümünün səbəbi açıqlanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ürək-damar xəstəliyi üzrə cərrah, professor Bingür Sönməz bildirib ki, M.Koç gənc yaşlarından qan damarı divarının qalınlaşmasından əziyyət çəkirmiş.
Məlumata görə, mərhum iş adamı 2002-ci ildə ABŞ-da ürək damarından (koronar şuntlama) 3 dəfə cərrahiyyə əməliyyatı olunub.
O, piylənmədən əziyyət çəkdiyi üçün davamlı idmanla məşğul olub. Hətta son 4-5 ayda 40 kiloqram arıqlayıbmış. Ona görə də Mustafa Koçun bu səbəbdən həyatını itirdiyi ehtimal edilirdi.
Bingür Sönməz bildirib ki, Mustafa Koçun ölmünə səbəb çəki atması deyil, gənc yaşlarından qan damarı divarının qalınlaşmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru