BMT PKK-nı Türkiyədən üstün tutdu

23-01-2016, 12:29           
BMT PKK-nı Türkiyədən üstün tutdu
BMT-nin Suriya üzrə nümayəndəsi Stefan de Mistura PKK terror təşkilatının Suriya qanadı hesab edilən PYD-nin sədri Salih Müslimi Cenevrə danışıqlarına dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Salih Müslim Stefan de Misturanın təyin etdiyi bir şəxslə Belçikada görüşüb və Cenevrə danışıqlarına dəvət olunub.

Məhz bundan sonra Türkiyə PYD-nin danışıqları qatılmaması üçün cəhdlərini artırıb.

Rəsmi Ankara PYD-ni PKK-nın Suriya qanadı hesab edir. Türkiyə Baş naziri Əhməd Davudoğlu PYD-nin Suriya üzrə sülh danışıqlarına qatıla bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Suriyada siyasi keçid hökumətinin formalaşdırılmasını nəzərdə tutan Cenevrə danışıqlarının yanvarın 28-də baş tutması gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.