İtaliyadan Türkiyəyə badalaq - 3 milyard bloklandı

23-01-2016, 21:21           
İtaliyadan Türkiyəyə badalaq - 3 milyard bloklandı
İtaliya Avropa Birliyi tərəfindən qaçqın axınının dayandırılması üçün ayrılan 3 milyard avronun Türkiyəyə verilməsinə qarşı çıxır.

Avropa.info xəbər verir ki, İtaliya tərəfi bildirib ki, ayrılan pulun ancaq 1 milyardı AB büdcəsindən veriləcək, qalan 2 milyard isə üzv ölkələri öhdəliyinə düşür. Bu səbəbdən İtaliya pulun verilmə prosedurasını bloklayır.

Daha əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, ölkəsi Ankara və Brüssel arasında qeyri-leqal miqrasiyanın dayandırılmasına dair əldə olunan razılaşmanın AB tərəfindən yerinə yetirilməsini gözləyir.

Alman kansleri Angel Merkel deyib ki, Türkiyə Avropanın miqrasiya böhranının həll edilməsində rol oynayır. Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Zaybert Türkiyəyə vəd edilən 3 milyard avro təklifinin qüvvədə qaldığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru