Almaniya miqrasiya böhranının həlli üçün Türkiyəyə maliyyə yardımını artıracaq

24-01-2016, 12:29           
Almaniya miqrasiya böhranının həlli üçün Türkiyəyə maliyyə yardımını artıracaq
Almaniya hökuməti miqrasiya böhranının həlli üçün 2016 ildə Türkiyəyə maliyyə yardımını 36 mln avrodan 50 mln avroyadək artırmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Gerd Müller bildirib.

Müller bildirib ki, investisiyalar, ilk növbədə, Türkiyənin sərhəd rayonlarında məktəblərin tikintisinə, ali təhsilə və kommunal infrastrukturun möhkəmləndirilməsinə yönəldiləcək.

“Türkiyə 2,5 mln suriyalı qaçqın qəbul edib. Biz bu insanlara perspektivlər yaratmalıyıq və biz bu işdə öz tövhəmizi veririk”, deyə nazir bildirib.

Almaniya rəhbərliyi bundan əvvəl Avropada miqrasiya böhranının həllində Türkiyənin əsas rol oynadığını bildirib. Türkiyənin baş naziri Əhməd Davudoğlu Aİ-nin vəd etdiyi 3 mlrd avronun miqrasiya böhranının həllinə kifayət etməyəcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.