Ərdoğanın ABŞ səfərinin detalları açıqlandı

24-01-2016, 12:39           

ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri dəqiqləşib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatlara martın sonlarında səfər edəcək. Bu barədə Türkiyə prezidenti ilə ABŞ-ın vitse-prezidenti Co Baydenin dünənki görüşündə açıqlama verilib.

Səfər proqramının bəzi detalları da məlum olub. ABŞ ziyarəti zamanı Ərdoğon Vaşinqtondakı Nüvə Təhlükəsizliyi sammitində iştirak edəcək, həmçinin prezident Barak Obama ilə görüşəcək.

Ərdoğan bildirib ki, Obama ilə görüş iki ölkənin bir sıra məsələləri üst səviyyədə müzakirə etməsi üçün yaxşı fürsətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru