ABŞ yenə Türkiyəni ittiham etdi – Departamentdən skandal açıqlama

13-10-2020, 23:28           
ABŞ yenə Türkiyəni ittiham etdi – Departamentdən skandal açıqlama
ABŞ Dövlət Departamenti Ankaranın oktyabrın 11-də “Oruc Rəis”tədqiqat gəmisini Aralıq dənizinin şərqinə göndərməsinə münasibət bildirib.

Teref.az xəbər verir ki, açıqlamada Ankara bölgədə gərginliyi artırmaqda və Afina ilə kəşfiyyat danışıqlarına başlamağı qəsdən çətinləşdirməkdə ittiham edilib.

Yunanıstanın Türkiyəyə qarşı həyata keçirdiyi təxribatlarının görməzdən gəlindiyi açıqlamada növbəti dəfə Ağ Evin ədalətsiz mövqeyi nümayiş etdirilib.

Dövlət departamentinin sözçüsü Morqan Ortaqusun verdiyi açıqlamada bildirilib:

“Təhdidlər və hədələr Aralıq dənizinin şərqindəki gərginliyi aradan qaldırmayacaq. Türkiyəni dərhal əvvəlcədən hesablanmış bu təxribatları dayandırmağa və Yunanıstanla kəşfiyyat danışıqlarına başlamağa çağırırıq”.teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru