Türkiyədən Azərbaycana, Rusiyaya və Ermənistana ilginc təklif

14-10-2020, 01:58           
Türkiyədən Azərbaycana, Rusiyaya və Ermənistana ilginc təklif
Türkiyə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli danışıqlar aparmağı təklif edir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə televiziyası məlumat yayıb.

“Bir halda ki, Rusiya Ermənistanın tərəfindədir və biz də Türkiyə olaraq Azərbaycanı dəstəkləyirik, gəlin bu problemin həlli yolunu müzakirə etmək üçün dördümüz bir yerdə görüşək”, – deyə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Televiziyanın efirində bildirib.

“Minsk qrupu 30 ildən çoxdur ki, bir həll yolu tapa bilmədiyi üçün yeni bir mexanizm tapmağın vaxtı çatıb”,– deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru