Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.
Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb.
Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb.