Ərdoğandan yeni qaz yataqları ilə bağlı müjdə

14-10-2020, 22:08           
Ərdoğandan yeni qaz yataqları ilə bağlı müjdə
Yeni qaz yataqlarının tapılması Türkiyədə böyük sevinclə qarşılanmışdı.

Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi qrup toplantısında bununla bağlı çox vacib müjdə verib. O, yeni ehtiyat həcmin aşkar olunmasıyla bağlı şənbə günü xəbər verəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan oktyabrın 17-də qaz yataqlarında vacib araşdırma aparan “Fatih” gəmisini ziyarət edəcəyini dilə gətirib. Prezident məhz onda konkret rəqəmlər söyləyəcəyini deyib.

Amma Türkiyə mətbuatı yazır ki, yeni qaz yataqlarındakı həcm 400 milyard kubmetrə çatıb. Yəni təbii qaz həcmi gözləniləndən çox imiş. Çünki ilk mərhələdə qaz yataqlarında 320 milyard kubmetr mavi yanacaq ehtiyatının olduğu bildirilirdi.

“Habertürk”ün məlumatına görə, 2021-ci ilin sonuna qədər ilk 10 quyu hazır olacaq. İlk qaz təslimi 2023-cü ilin dekabrın 31-də baş tutacaq. 2026-cı ildən başlayaraq ildə 15 milyard kubmetr qaz çıxarmaq mümkün olacaq.

Türkiyədə il ərzində 45-50 milyard kubmetr qaz istifadə edilir. Bununla da qardaş ölkə mavi yanacaq ehtiyacının üçdə birini yerli istehsal sayəsində ödəyə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru