Güney Azərbaycan yenidən ayağa qalxır - Xalq meydana çağırıldı

15-10-2020, 00:48           
Güney Azərbaycan yenidən ayağa qalxır -
Tehran və Moskvanın İran ərazisindən istifadə etməklə Ermənistana silah-sursat göndərməsinə etiraz olaraq, Güney Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırış edilib.

Teref.az xəbər verir ki, Güney Azərbaycandan olan bir qrup milli-mədəni fəal xalqa dinc aksiyalar üçün müraciət ünvanlayıb.

Fəalların yaydığı çağırışda bildirilib ki, İran və Rusiya Ermənistanı silahlandırır: “İran və Rusiyanın Nurduz sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah- sursat Azərbaycan xalqına qarşı qətliam törədilməsi və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur”.

Qeyd edib ki, Ermənistan Nurduzdan ötürülən silahlarla Gəncə və digər iri şəhərlərdə Azərbaycanın yaşayış məntəqələrini bombalayır: “Buna etiraz olaraq, Güney Azərbaycandan olan fəallar Azərbaycandan olan qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün bazar günü insanları dinc yürüşlərə dəvət edir”.

Saat 17:00-da başlayacaq yürüşlərin Təbriz, Urmiya, Ərdəbil, Zəncan və Tehranda keçirilməsi planlaşdırılır. /Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru