Türkiyədə koronavirusdan sağalanların sayı 298 min nəfəri ötüb 15-10-2020, 03:25 Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 014 nəfərə çatıb.Onun sözlərinə görə, ölkədə 1 671 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 340 450 nəfərə çatıb.Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 396 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 298 368 nəfər təşkil edir. Facebook-da paylaş