“Gerçək qəhrəmanlıq izləmək istəyirsənsə, bu kadrlara baxın."- Sinan Akçıl Azərbaycana qardaş mesajı FOTO

15-10-2020, 09:02           
“Gerçək qəhrəmanlıq izləmək istəyirsənsə, bu kadrlara baxın."- Sinan Akçıl Azərbaycana qardaş mesajı FOTO
Türkiyəli müğənni Sinan Akçıl Azərbaycana dəstək olub.

Teref.az mediapost-a istinadla xəbər verir ki, o, düşməndən geri alınmış ərazilərdə bayrağımızın dalğalandırıldığı kadrları paylaşıb. Fikirlərini dilə gətirən Sinan türkiyəli həmkarlarını da tənqid etməkdən çəkinməyib:

“Gerçək qəhrəmanlıq izləmək istəyirsənsə, bu kadrlara baxın. Bütün qəlbimlə Gəncəyə keçmiş olsun deyirəm. Azərbaycandan (mən də daxil) onlarla pul qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiyə boğulmuş müğənni dostlarım, siz də bir az daha hissiyyatlı olun!”.

Qeyd edək ki, indiyədək Murat Boz, Seda Sayan, Mahsun Kırmızıgül, Nebahat Çehre, Mustafa Ceceli, Alişan, Tuvana Türkay kimi türkiyəli məşhurlar Azərbaycana dəstək mesajları paylaşıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru