Rusiya `Su-24`ün pilotunu vuranı axtarır - Qisas əməliyyatı

25-01-2016, 13:29           
Rusiya `Su-24`ün pilotunu vuranı axtarır - Qisas əməliyyatı
Suriyada hücumlara məruz qalan Türkmən dağı Əsəd ordusunun əlinə keçib.

AzVision.az xəbər verir ki, iki həftədir Bayır Bucaq ərazisinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirib.

Türkmən dağında gedən döyüşlərdə Sultan Abdulhamid Tugayının komandanlarından Zəkəriyyə Abdullahın şəhid olduğu bildirilir.

Bundan başqa Rusiya hərbçiləri Türkiyə sərhəddində “Su-24” qırıcı təyyarəsini vuran Alparslan Çeliki axtarır. Rusiya mətbuatı xüsusəndə “Lifenews” kanalı konkret olaraq həmin döyüşçünün axtarıldığını və ondan qisas alınacağı barədə geniş material hazırlayıb.

Qeyd edək ki, Bayır Bucaq bölgəsi tarixi türkmən torpaqıdır. Yerli türkmənlər Suriyada baş verən inqilabdan sonra Əsədə qarşı müxalifətə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru