Türkiyədə terror aktı törədilib –İki terrorçu zərərsizləşdirib

27-10-2020, 00:57           
Türkiyədə terror aktı törədilib –İki terrorçu zərərsizləşdirib
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib.

Bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

“İskəndərunda iki terrorçu zərərsizləşdirilb, – nazir bildirib.

Daha əvvəl əyalətin valisi Rahmi Doğan terrorçulardan birinin saxlanılması əməliyyatı zamanı partlayışın baş verdiyini bildirmişdi. O, terrorçunun zərərsizləşdirildiyini, əməliyyat zamanı insan itkisinin olmadığını qeyd etmişdi.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur: “İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir”.

“Habertürk” isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

Hadisənin təfərrüatı açıqlanmır/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru