Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

28-10-2020, 00:02           
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər. Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.

“Haber Global”ın məlumatına görə, Ərdoğanla Putin Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkənin hərbi, diplomatik və xüsusi xidmət orqanları arasında koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru