Hulusi Akar Özbəkistan və Qazaxıstana səfər edib

29-10-2020, 01:28           
Hulusi Akar Özbəkistan və Qazaxıstana səfər edib
Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Türkiyənin müdafiə naziri Hülusi Akar Daşkənd və Nur-Sultana səfər edib və yerli liderlərlə «hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə edib».

Sentyabrın 27-də Akar Daşkənd şəhərində Özbəkistanın prezidenti Şavkət Mirziyoyevlə görüşüb. Qonağı qəbul edən özbək lider «Özbəkistanla Türkiyə arasında çoxəsrlik dostluq və qardaşlıq bağlarına əsaslanan strateji həmkarlığın dinamik inkişafından danışıb».

Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər «hərbi və hərbi-texniki əməkdaşlığın perspektivlərinə diqqət yetirərək, həm də bölgədə təhlükəsizliyə yönəlik müasir təhdid və çağırışlara birgə qarşı durmağın yollarını müzakirə ediblər».

Bundan bir gün əvvəl türkiyəli nazir Nur-Sultanda olub və orada qazaxıstanlı həmkarı Nurlan Yermekbayevlə görüşüb. Onlar həm də «bölgəsel təhlükəsizlikdən, kadrların hazırlanması, hərbi təhsil, döyüş hazırlığı və təlimlərdə iştirak da daxil, hərbi və hərbi-texniki əməkdaşlığın inkişafından danışıblar».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru