Rusiya, əslində, Suriyanı işğal edir

26-01-2016, 15:46           
Rusiya, əslində, Suriyanı işğal edir
"Rusiya çox uzun müddət Suriyaya müdaxiləyə qarşı çıxdı, lakin indi o özü qatı şəkildə müdaxilə edir. Əslində, Rusiya Suriyanı işğal edir."

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "CNN International" kanalında jurnalist Kristian Amanpura müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Rusiyanın indiyədək keçirdiyi bütün əməliyyatların 90%-i vətəndaşları və müxalifləri hədəfə alıb: “Rusiya məktəbləri, xəstəxanaları vurdu. Onun bombardmanından qaçan yaralılar Türkiyəyə sığınırlar.

Rusiyanın əməliyyatlarının yalnız 10%-i İŞİD-i hədəfə alıb.

Moskva hökuməti digərləri kimi sülh prosesinə kömək edə bilər."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru